Azərbaycanda hansı əsaslarla dron gətirmək və istifadə etmək olar? – Ekspert açıqladı

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Dronlar qanunvericiliklə mülki dövriyyəsi məhdudlaşdırılan əşyaların siyahısına daxil edilib.

AzerTimes-ın məlumatına görə, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O qeyd edib ki, ölkəmizdə dronların dövriyyəsinə icazə qaydası hansısa silah və partladıcı vasitələrin, kosmik vasitələrin, pul çap edən avadanlıqların istifadə proseduru ilə eyni qədər ağırdır:

“Bu Qaydalar kifayət qədər sərtdir. Hər bir xüsusi avadanlıqdan icazəyə konkret dövlət qurumu və ya qurumları cavabdehdir, onların siyahısı təsdiqlənib. Dronların ölkəmizdə ayrıca hər hansı qeydiyyat və istifadə qaydası indiyədək yoxdur”.

O.Gündüz qeyd edib ki, dron gətirmək üçün mülki dövriyyəsi məhdudlaşdırılan əşyaların siyahısına uyğun olaraq 6 dövlət qurumundan icazə alınmalıdır:


“NRYTN-in Dövlət Mülki Aviasiya Administrasiyası, XDMX, DTX, DSX, MN və DİN.

Cinayət Məcəlləsininin 156-cı maddəsində şəxsi həyatın pozulması maddəsində dronlardan istifadəyə görə məsuliyyət nəzərdə tutulub.

MDB məkanına daxil olan ölkələrin əksəriyyətində, inkişaf etmiş ölkələrin hamısında dronların qeydiyyatı və istifadəsi qaydaları var. Avropa İttifaqının da bununla bağlı bəlli tövsiyyəsi var”.

Teqlər: