Azərbaycanda beynəlxalq təcrübə əsasında halal turizm xidmətləri üzrə yeni dövlət standartı qəbul olunduqdan sonra turizm obyektlərinə “halal otel” sertifikatı veriləcək.
AzerTimes xəbər verir ki, bu barədə Report-a Dövlət Turizm Agentliyindən bildirilib.
“Otellər maraqlı olduğu təqdirdə halal sertifikatlaşmadan keçib, özlərini müştərilərinə “halal otel” kimi təqdim edə biləcəklər”, – deyə məlumatda qeyd olunub.