Azərbaycanda GMO məhsullara dair yeni tələblər müəyyən edilir

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda genetik modifikasiya olunmuş orqanizmlərə və yem
məhsullarına dair yeni tələblər müəyyən edilir.

AzerTimes-ın
məlumatına görə, bu barədə məsələ “Qida təhlükəsizliyi” haqqında
yeni qanun layihəsində öz əksini tapıb.

Layihədə qeyd edilir ki, Azərbaycan Respublikasının ərazisində
siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən müəyyən edilən yem üçün istifadəsi nəzərdə
tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız
genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olan və ya
tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya
tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş
məhsul olan yem məhsullarının istehsalına, emalına və dövriyyəsinə
həmin məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqan (qurum) tərəfindən qeydiyyata alındıqdan sonra icazə
verilir.


Bu Qanunun 25.8-ci maddəsində nəzərdə tutulmuş qaydada
qeydiyyatdan keçməmiş yem üçün istifadəsi nəzərdə tutulan genetik
modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik
modifikasiya olunmuş orqanizmlərdən ibarət olan və ya tərkibində
genetik modifikasiya olunmuş orqanizmlər olan və ya tərkibində
genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul
olan yem məhsullarının istehsalı, emalı və dövriyyəsi
qadağandır.

Teqlər: