Futbol yarışlarına start verildi

Futbol yarışlarına start verildi

Mayın 8-də Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarına start verilib.

Bu gün səhər saatlarında ilk oyun AZAL Arenada A qrupuna daxil olan iki keçmiş qalib – Səudiyyə Ərəbistanı və Mərakeş komandaları arasında keçirilir. Lakin hər kəsin diqqəti Azərbaycan millisinin Bayıl Arenada Kamerun yığması ilə qarşılaşmasına yönələcək.

Qaydalar Olimpiya Oyunlarında tətbiq edilən qaydalarla eynidir. Belə ki, hər bir komandada yaşı 23-dən yuxarı olan 3 oyunçunun yer almasına icazə verilir.

GÜNÜN TƏQVİMİ:

10:30 – 12:30 Qrup oyunu A1 (Səudiyyə Ərəbistanı – Mərakeş)

12:30 – 14:30 Qrup oyunu B1 (Əlcəzair – Türkiyə)

16:30 – 18:30 Qrup oyunu B2 (Fələstin – Oman)

18:30 – 20:30 Qrup oyunu A2 (Azərbaycan – Kamerun)

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq. “Bakı-2017” İslam Həmrəyliyi Oyunları 8-22 may tarixlərində Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.