Hazırda Azərbaycanda 2135 vəkil fəaliyyət göstərir.
AzerTimes-ın məlumatına görə, bunu Vəkillər Kollegiyası Rəyasət
Heyətinin sədri Anar Bağırov deyib.
“Bu say daim dəyişir. Çünki vəkilliyə qəbul olunan şəxslər,
dövlət qulluğuna keçən şəxslər olur. Əminliklə demək olar ki, gələn
ay vəkillərin sayı 2200 nəfəri ötəcək. Hazırda vəkilliyə namizədlər
bütün mərhələlərdən keçib, imtahanı uğurla veriblər. Ədliyyə
Akademiyasında kurslar tamamlanıb. Gələn ay ərzində çoxsaylı
namizədləri vəkilliyə qəbul edəcəyik”,-kollegiya sədri
bildirib.
O qeyd edib ki, hazırda Azərbaycan Vəkillər Kollegiyasının 300
nəfərdən artıq qadın vəkil üzvü var:
“Hazırda Qadın Vəkillərin Alyansı yaradılıb. Bu gün Rəyasət
Heyətinin iclasında Alyansın əsasnaməsi təsdiq olunacaq. Ümid
edirəm ki, bu səmərəli fəaliyyət göstərən qurum olacaq”.