Xəbər - Fidan Babayeva – Trend:
Azərbaycanda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə kartof istehsalının artırılması ilə bağlı layihə reallaşdırılır.
AzerTimes-ın məlumatına görə, bunu Aqrar Kredit və İnkişaf Agentliyinnin sədr müavini Leyla Məmmədova deyib.
O bildirib ki, koronavirus pandemiyası kənd təsərrüfatı məhsulları istehsalının azalmasına və keyfiyyətin pisləşməsinə gətirib çıxarıb:
“FAO və bizim agentlik Azərbaycanın kənd təsərrüfatına vurulan ziyanın minimallaşdırılması üçün zəruri tədbirlər görür”.
Onun sözlərinə görə, bugünədək FAO ilə birgə Azərbaycanın kənd təsərrüfatı sahəsində reallaşdırılmış layihələr yaxşı nəticələr verib.
(Tərcümə: Orxan Nəbiyev)