Azərbaycanda ev təsərrüfatlarına verilən kreditlər 35 faizə yaxın artıb

2022-ci ilin martında Azərbaycanda verilən kreditlərin 51,4
faizi ev təsərrüfatlarına verilən kreditlərin payına düşüb.

Trend bu barədə Mərkəzi Bankın hesabatına
istinadən məlumat verir.

Hesabat dövründə ev təsərrüfatlarına verilən kreditlərin həcmi
ötən ilin mart ayı ilə müqayisədə 34,84 faiz artaraq 9,262 milyard
təşkil edib.

Eyni zamanda, mart ayında ticarət və xidmət sahəsinin
kreditləşməsi 22,39 faiz artaraq 3,08 milyard manata çatıb. Ticarət
və xidmət sahəsinin kreditləşməsi ümumi kreditləşmənin 17,1 faizini
təşkil edib.

2022-ci ilin martında Azərbaycanda iqtisadiyyatın real
sektorunun kreditləşməsi ötən ilin eyni dövrü ilə müqayisədə 22,27
faiz artaraq 18,007 milyar manata bərabər olub.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: