Son bir neçə gündür dana ətinin qiyməti bahalaşıb. İndi hər bir kiloqram dana ətinin qiymətində 1-1,5manat artım var. Belə ki, paytaxtda qəssablar sümüklü dana ətinin kilosunu 11,5-12 manata satırlar.
AzerTimes-ın “Xəzər Xəbər”ə istinadən məlumatına görə, artım son 1 həftədir baş verib.
Həmçinin sümüksüz dana ətinin qiyməti də bahalaşıb. Qiymətlər indi 15 manat olub.
Satıcılar bildiriblər ki, danalar rayonlarda bahalaşdığı üçün ətin də qiyməti artıb. Əgər qıtlıq davam edərsə, qiymətlər daha da arta bilər.