2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanda əsas kapitala
1 milyard 339,7 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq
dövrü ilə müqayisədə 2,1 faiz az vəsait yönəldilib.
AzerTimes-ın məlumatına görə, neft-qaz sektoruna yatırılmış
investisiyaların həcmi 11,2 faiz azalmış, qeyri neft-qaz sektoruna
yönəldilən vəsaitin həcmi isə 12,1 faiz artmışdır. İstifadə olunmuş
vəsaitin 984,3 milyon manatı və ya 73,5 faizi məhsul istehsalı
sahələrinə, 240,6 milyon manatı (17,9 faizi) xidmət sahələrinə,
114,8 milyon manatı (8,6 faizi) isə yaşayış evlərinin tikintisinə
sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 779,5 milyon
manatını və ya 58,2 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas
kapitala yönəldilmiş vəsaitlərin 815,9 milyon manatı və ya 60,9
faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə
sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və
təşkilatların vəsaitləri 75,0 faiz, büdcə vəsaitləri 10,4 faiz,
əhalinin şəxsi vəsaitləri 9,4 faiz, sair vəsaitlər 4,7 faiz, bank
kreditləri isə 0,5 faiz təşkil edib.