Qonşu ölkələrinin maliyyə bank sisteminin üzləşdiyi təzyiqlər
Azərbaycana təsir etməyib.
AzerTimes-ın məlumatına görə, bunu Baş nazir Əli Əsədov parlamentin
bu gün keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi
zaman deyib.
“Bizim maliyyə sistemimiz stabildir. Milli valyutamız
dayanıqlıdır, valyuta ehtiyyatlarımız kifayət qədərdir”, – deyə o
bildirib.
Ə.Əsədov əlavə edib ki, ölkəmizdə əsas ərzaq məhsulları ilə
bağlı ehtiyyat formalaşdırılıb və ərzaq ehtiyyatlarının artırılması
istiqamətində zəruri tədbirlər görülür. Prezident İlham Əliyevin
tapşırığına əsasən, yaranan vəziyyətə uğyun qabaqlayıcı tədbirlər
həyata keçirilir.