Xəbər - Zeyni Cəfərov – Trend:
2021-ci ildə Azərbaycanda inflyasiya 3,5 faiz səviyyəsində proqnozlaşdırılır.
Trend bu barədə Asiya İnkişaf Bankının (AİB) “Asian Development Outlook-2021” hesabatına istinadən məlumat verir.
Proqnozlara əsasən, 2022-ci ildə Azərbaycanda inflyasiya 3 faizədək azalacaq.
Qeyd olunur ki, buna daxili ərzaq qiymətlərinin proqnozlaşdırılan azalması səbəb ola bilər.
2020-ci ildə Azərbaycanda inflyasiya 2,8 faiz təşkil etmişdi.
(Tərcümə: Orxan Nəbiyev)