Azərbaycanda erməni sakinləri üçün geniş imkanlar… – Bayramov

Azərbaycanda erməni sakinləri üçün geniş imkanlar… – Bayramov

Bundan sonrakı addımlara gəlincə, biz artıq bu hadisələrin gedişatından da görürük ki, Azərbaycan dövləti bundan öncə də atdığı bütün addımlara sadiqliyini nümayiş etdirir. Burada ən önəmli məqam isə sentyabr ayının 20-də Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətində səsləndirdiyi mesajlardır. Həmin mesajlar eyni zamanda dünya ictimaiyyətinə ünvanlanmışdı.

AzerTimes xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Report-a müsahibəsində deyib.

“Həmin müraciətdə də ölkə başçısı bütün istiqamətlərlə bağlı Azərbaycan dövlətinin humanist və gələcəyə olan baxışını açıqladı. Bu gün də bütün dövlət orqanları tərəfindən atılan addımlar da ona uyğun davam edir. Bu baxımdan Azərbaycan dövləti reinteqrasiya prosesinin həyata keçirilməsində qətiyyətlidir, bunun üçün bütün adekvat addımlar atılır. Hesab edirəm ki, Qarabağın erməni sakinləri də oradakı qanunsuz, cinayətkar xunta rejimindən yaxalarını qurtarandan sonra onlara Azərbaycan ərazilərində geniş imkanlar açılacaq”, – nazir əlavə edib.

Teqlər: