Xəbər - Sədrəddin Ağcayev – Trend:
2021-ci ilin iyulunda Azərbaycanın sosial şəbəkə bazarında “Facebook” 39,09 faiz payla birinci yerdə qərarlaşıb.
Trend bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.
İkinci yerdə 29,23 faiz göstərici ilə “Twitter”, üçüncü yerdə 10,69 faiz göstərici ilə “Pinterest” qərarlaşıb.
“YouTube” istifadəçilərinin fəallığı ötən ay 9,76 faizə bərabər olub.
“Instagram”ın payı 6,02 faiz, “Tumblr” 2,88 faiz, “VKontakte” sosial şəbəkəsinin payı 0,91 faiz, digər sosial şəbəkələrin payı 1,42 faiz təşkil edib.
(Tərcümə: Orxan Nəbiyev)
Twitter: agdzhaev