Xəbər - Sədrəddin Ağcayev – Trend:
2021-ci ilin iyulunda Azərbaycanın axtarış sistemi bazarında 92,54 faiz paya sahib olan “Google” ölkədə ən populyar axtarış sistemi kimi qalmaqda davam edib.
Trend bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.
İyun ayı ilə müqayisədə “Google” axtarış sisteminin payı 1,09 faiz azalıb.
Hesabat dövründə “Yandeks” axtarış sisteminin payı 4,01 faiz artaraq 6,03 faiz təşkil edib.
“Bing” axtarış sisteminin payı 0,56, “Yahoo”nun payı isə 0,44 faizə bərabər olub.
Azərbaycanın axtarış sistemi bazarında 0,43 faiz digər axtarış sistemlərinin payına düşüb.
(Tərcümə: Orxan Nəbiyev)
Twitter: agdzhaev