Xəbər - Çingiz Səfərli – Trend:
Artıq ali məktəblərə qəbul imtahanları başa çatıb. Müsabiqə şərtini ödəyən abituriyentlər hazırda ixtisas seçimi edirlər hal-hazırda. İxtisas seçimi edərkən ilk növbədə o ixtisasa əmək bazarında olan ehtiyac nəzərə alınmalıdır.
Bu barədə AzerTimes-a açıqlama verən təhsil eksperti Kamran Əsədov abituriyentlərə ixtisas seçimi ilə bağlı bəzi tövsiyələr verib. Bildirib ki, ixtisas seçimi zamanı ən asan olan və ya yaxın yoldaşın seçdiyi ixtisasları seçmək doğru deyil, ali məktəb fürsətlərlə doludur.
Ekspert bu gün ölkənin əmək bazarında ehtiyac duyulan əsas ixtisaslardan bəzilərini də sadalayıb və onların xüsusiyyətlərini açıqlayıb.
Həmin ixtisasları təqdim edirik:
Müəssisə və İdarəçilik / Ticarət
Müəssisə təhsili alarkən; mühasibat, maliyyə, marketinq, iqtisadiyyat, statistika və insan resursları funksiyalarının nəzəriyyə və prinsiplərində dərin bir təməliniz yaranacaq. Burada təşəbbüskar tərzdə başlayan şirkətlərdən, multi milyon dollarlıq olanlara qədər hər növdən təşkilatın büdcə, təşkil etmə, planlaşdırma, işə alma, idarəetmə, nəzarət etmə və idarə metodları kimi dinamikası üzərinə tam bir usta olacaqsınız.
Psixologiya
Əgər insanların müəyyən hallarda niyə fərqli davranışlar sərgilədiyini araşdırmağa başlamısınızsa, o zaman psixologiya, beynimizin biologiyasını öyrənməyiniz üçün yaxşı bir variantdır. Psixologiya ixtisası insan beynini öyrənmə, şüur, zəka, motivasiya, duyğu, qavrayış, şəxsiyyət və əqli narahatlıq kimi mövzulara diqqət yetirir.
Tibb bacısı
Tibbin mürəkkəb və bəzi zamanlarda kədər verici dünyasını yaşaya biləcək şəfqətli şəxslər tibb bacısı karyerası üçün son dərəcə uyğundur. Tibb bacısı ixtisasının birinci sinif tələbələri ənənəvi elm və ictimai elmlər dərslərini alır və ikinci ilinin ikinci dövründə xəstəxana və ya digər tibb müəssisələrində klinik rotasiyalara başlayarlar. Akkreditasiya edilmiş bir tibb bacısı proqramını qurtardıqdan sonra rəsmi olaraq səlahiyyətli ola bilməniz üçün sertifikat imtahanlarına daxil olmalısınız. Və tibb bacıları üçün iş imkanları çoxlu sayda olması ilə yanaşı həm də çox müxtəlifdir. Belə ki, geriatriya, nevrologiya, onkologiya, doğum mütəxəssisliyi və pediatriya kimi çox müxtəlif sahələrdə işləyə bilərlər.
Biologiya / Bioloji Elmlər
Mikroskopik orqanizmlərdən klonlama əməliyyatlarına qədər biologiya az qala bütün dünyanı əhatə edir. İşlər hüceyrəvi səviyyədə, ekosistem səviyyəsində ya da ikisinin arasında bir yerdə ola bilər. Özünüzü sirləri ortaya çıxarmağa və ya problemləri həll etməyə çalışarkən tapa bilərsiniz, məsələn bir xəstəliyə çarə tapmaq kimi. Biologiya ixtisası məzunları, tibb məktəbində və ya genetik və biotexnologiya kimi bir sahələrdə işləyə bilər.
İqtisadiyyat
İqtisadiyyat kritik düşünmə və riyaziyyatın həddindən artıq dozada istifadə edildiyi bir sahədir. Məhsulların və xidmətlərin istehsalı, bölüşdürülməsi və istifadəsini araşdıran bu sahə müasir dünyanı anlamaq üçün mütləq olması lazım olan bir vasitədir. Ayrıca gələcəkdə ticarət sahəsində olduğu qədər, hüquq, ictimai siyasət və beynəlxalq işlər kimi sahələrdə yüksək bakalavr təhsili üçün də mükəmməl bir hazırlıqdır.
Siyasət elmi və hökumət
Davamlı olaraq aktual hadisələr və qarışıq statistik analizlər ilə məşğul olduğu üçün siyasət elmi aktual, maraqlı və davamlı olaraq dəyişən bir quruluşa malikdir. Qısaca hökumətlərin siyasəti üzərinə yönəlmişdir. Ortaq mövzularından bəziləri arasında Amerikan hökuməti, ictimai siyasəti, xarici əlaqələr, siyasət fəlsəfəsi və müqayisəli hökumət mövzuları yer alır. Siyasət elmi mükəmməl kritik düşünmə və ünsiyyət bacarıqları hazırlayır və daha geniş bucaqla tarixi və mədəniyyəti anlama imkanı təqdim edir. Ehtimal olunan karyeralar, vəkillikdən siyasətə və jurnalistikaya qədər olduqca geniş bir sahəyə yayılır.
Kompüter və İnformasiya elmləri
Sadəcə kompüterləri (təchizatları və proqramları) deyil, eyni zamanda bu məlumatların necə tətbiq olunduğunu da öyrənəcəksiniz. Məsələn, texnologiyanın bir müəssisə ssenarisinə necə tətbiq oluna biləcəyi kimi. Robot texnologiyası, təbii dil tanıma proqramları, süni zəka, proqramlaşdırma dili, rəqəmli analiz və oyun texnologiyası kimi sahələrdə təhsil alacaqsınız.
Ekspert sonda qeyd edib ki, hər ixtisas müxtəlif işlərdə tətbiq oluna biləcək özünəxas məlumatlara malikdir və müəyyən bacarıqları özündə ehtiva edir.
Twitter:@cingizsafarli