Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycanda 2022-ci ilin sonunda əmək pensiyalarının orta aylıq məbləğinin 343,17 manat təşkil edəcəyi proqnozlaşdırılır.
AzerTimes-ın məlumatına görə, bununla bağlı məsələ “2022-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Qanun layihəsi Milli Məclisə daxil olub və komitə iclaslarında müzakirəyə çıxarılacaq.
2021-ci ilin sonuna isə bu rəqəmin 327,50 manat olacağı proqnozlaşdırılır.