Azərbaycanda əlillik təyin edilən şəxslərin sayı artıb

2021-ci ildə dövlət tibb müəssisələri tərəfindən
rəsimləşdirilmiş göndərişlər əsasında 18,5 min nəfər üzrə ilkin
əlillik təyinatı aparılıb ki, bu da 2020-ci illə müqayisədə 1,3
dəfə çoxdur.

AzerTimes-ın
məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə
fəaliyyəti haqqında icmal hesabatda deyilir.

Onlardan I dərəcə ilkin əlillik müəyyən olunmuş şəxslərin sayı
1,6 min nəfər, II dərəcə əlillik müəyyən olunmuş şəxslərin sayı 7,1
min nəfər, III dərəcə əlillik müəyyən olunmuş şəxslərin sayı isə
5,3 min nəfər olub ki, bu da 2020-ci illə müqayisədə müvafiq olaraq
I dərəcə üzrə 15 faiz azdır, II dərəcə üzrə 22 faiz çoxdur, III
dərəcə üzrə isə 43 faiz çoxdur.

Hesabat dövründə dövlət tibb müəssisələri tərəfindən
rəsimləşdirilmiş göndərişlər əsasında 43,4 min nəfər üzrə təkrar
əlillik təyinatı aparılıb ki, bu da 2020-ci illə müqayisədə 3,3
dəfə çoxdur.

Teqlər: