Azərbaycanda əlil arabaları istehsal ediləcək

Azərbaycanda əlil arabaları istehsal ediləcək

İsmayıllı Velosiped Zavodunda əlil arabalarının istehsalı nəzərdə tutulub.

AzerTimes xəbər verir ki, bunu Report-un sualına cavabında İsmayıllı İcra Hakimiyyətinin başçısı Nahid Bağırov deyib.

Onun sözlərinə görə, zavod fəaliyyətini genişləndirəcək:

“Artıq 2 ildən çoxdur ki, zavodun fəaliyyəti bərpa edilib. Təkcə ötən il zavoda 50 minə yaxın velosipedin hazırlanması üçün ehtiyat hissələrini gətirmişik. Həmin hissələr Yaponiya, Çin və digər ölkələrdən alınır”.

İcra başçısı istehsalın artacağını da bildirib: “Hazırda əsasən yerli bazar üçün velosiped istehalı həyata keçirilir. Amma xaricə də ixracımız var. Artıq investor da dəyişib və zavodun istehsalını genişləndirmək planları var. Burada həmçinin əlillər üçün həm mexaniki, həm də elektron arabaların istehsalı da nəzərdə tutulur”.

Teqlər: