Xəbər - Sədrəddin Ağcayev – Trend:
Azərbaycanda “Education 4.0” platformasında “Data Mining” (məlumat hasilatı) texnologiyasının tətbiqi ilə elektron tədrisin idarə olunmasının səmərəliliyinin artırılması üsulları hazırlanır.
Bu barədə AzerTimes-a Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan bildiriblər.
İnstitudan qeyd edilib ki, “Education 4.0” platformasında “Data Mining” və “Big Data” kimi texnologiyaların tətbiqi zamanın tələbidir: “Bu sahənin öyrənilməsi Azərbaycan təhsil sektorunun vacib elementidir. Tədqiqatların nəticələrinin təhlili tələbələrin bilik səviyyəsinin proqnozlaşdırılmasında, tələbələrin daha səmərəli təhsili üçün fərdi yanaşmanın müəyyən edilməsində kömək edəcək”.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda, həmçinin “Big Data” texnologiyasının tətbiqi ilə elektron idarəetmənin səmərəliliyinin artırılması üçün alqoritm və üsullar hazırlanır.
İnstitut Avstraliya Federal Universiteti ilə birgə tədqiqatlar aparır.
(Tərcümə: Orxan Nəbiyev)