Azərbaycanda ehtiyac meyarının həddi ikinci oxunuşda təsdiq edildi

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi təsdiq edilib.

AzerTimes-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Belə ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiq edilməsi təklif edilib.

Təklif səsverməyə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Qeyd edək ki, 2021-ci il üzrə ehtiyac meyarı 170 manat təşkil edib.

Teqlər: