Azərbaycanda əhaliyə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri açıqlanıb

2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanda
istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış
malların və göstərilmiş xidmətlərin dəyəri 8,5 milyard manat
olmaqla 2021-ci ilin yanvar-fevral aylarına nisbətən müqayisəli
qiymətlərlə 4,4
faiz artıb.

Dövlət Statistika Komitəsindən AzerTimes-a verilən məlumata görə, qeyri-dövlət sektorunun
tə sərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş
xidmətlərin dəyəri 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz
artaraq 8,2 milyard manata bərabər olub, onun 46,1 faizi fərdi
sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 424,9 manat v
ə ya 2021-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 59,0
manat çox vəsait xərcləyıb.

Teqlər: