Cari ilin əvvəlindən ölkə əhalisinin sayı 4282 nəfər və ya 0,04
faiz artaraq 2022-ci il fevral ayının 1-i vəziyyətinə 10 milyon 160
min 648 nəfərə çatıb.
Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat
verilib.
Bilirilib ki, əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd
sakinləri, 50,0 faizini kişilər, 50,0 faizini isə qadınlar təşkil
edir. Bir kvadrat kilometrə düşən əhalinin sayı ölkə üzrə 117 nəfər
olub.