Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycanda vaksinasiya ilə bağlı prosesin hansı mərhələdə olduğuna aydınlıq gətirilib.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov AzerTimes-a açıqlamasında bildirib ki, Dünya Səhiyyə Təşkilatı əhalinin 70-75 faizinin peyvəndlənməsini tövsiyə edir:
“Ölkəmiz üçün bu 7-7.5 milyon insan deməkdir. Yəni, 3-cü dozanı nəzərə almasaq, iki doza üçün 15 milyon vaksin vurulmalıdır. Ölkəmizdə isə hələ ki, 5.5 milyon vaksin vurulurb. Bu isə ümumi hədəfin cəmi 30 faizidir.
R.Mahmudov həmçinin yalnış məlumatlarla cəmiyyətin çaşdırılmasının yolverilməz olduğunu bildirib: “Tibbi təhsili olmayan qeyri-peşə sahiblərinin və tibbi stastistik analizləri qiymətləndirmədə çətinlik çəkən tibb işçilərinin nəzərinə çatdırmaq istərdim ki, vurulan vaksin sayı ilə əlaqəli statistik analizlərdə qeyri-peşəkar yanaşmalar insanları və cəmiyyəti çaşdırmaqdadır”.