Azərbaycanda əhalinin neçə faizinə ikinci doza vaksin vurulub?

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda doqquz ay ərzində artıq əhalinin 53,2 faizi ikinci doza vaksin alıb.

AzerTimes-ın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov Milli Məclisin Səhiyyə komitəsi tərəfindən ölkəmizdə koronavirus infeksiyası (COVID-19) ilə bağlı mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlərlə bağlı keçirilən dinləmələr zamanı səsləndirib.

Onun sözlərinə görə, Bakı şəhərində bu göstərici daha yüksəkdir – 66,2 faiz.

V.Qasımov bildirib ki, təkcə sentyabr ayı ərzində 1,7 milyon doza vaksin istifadə olunub və bu orta hesabla gündə 60 min peyvənd deməkdir.

Qeyd edək ki, Azərbaycanda 2021-ci il yanvarın 18-dən vaksinasiya prosesi başlayıb.

Teqlər: