Azərbaycanda əhalinin daha çox hansı məhsullara pul xərclədiyi məlum olub

Azərbaycanda əhalinin daha çox hansı məhsullara pul xərclədiyi
məlum olub.

AzerTimes-ın məlumatına görə, 2022-ci ilin yanvar-mart aylarında
alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi
vəsaitin 51,0 faizi ərzaq məhsullarının, 5,5 faizi içkilər və tütün
məmulatlarının, 15,2 faizi toxuculuq məhsulları, geyim və
ayaqqabıların, 5,2 faizi avtomobil benzini və dizel yanacağının,
4,7 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq
məhsulları və tibbi ləvazimatların, 1,1 faizi kompüterlər,
telekommunikasiya avadanlıqları və çap məhsullarının, 14,9 faizi
isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Ümumilikdə qeyd olunan müddət ərzində pərakəndə ticarət
şəbəkəsində istehlakçılara 11,0 milyard manatlıq, o cümlədən 6,2
milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları,
4,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Teqlər: