Azərbaycanda əhalinin 50 faizdən çoxu ictimai nəqliyyatda rəqəmsallaşmanı dəstəkləyir

Xəbər - Sədrəddinn Ağcayev – Trend:

2018-2020-ci illərdə Azərbaycanda avtobusların təxminən 50 faizində nağdsız ödəniş sistemi fəaliyyət göstərib.

AzerTimes-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiyalar Mərkəzinin rəhbəri Vüsal Qasımlı “Baku Transit Forum 2021: Smart City” adlı onlayn tədbirdə deyib.

Onun sözlərinə görə, ictimai nəqliyyatda bank kartları vasitəsilə ödəniş üzrə layihələr hazırlanır, avtomobillərin parklanması üçün nağdsız ödənişlər üçün platformalar işlənilir:

“Söhbət, ilk növbədə bank kartları ilə nağdsız ödəniş imkanlardan söhbət gedir, bundan başqa biometrik məlumatlardan istifadə olunmaqla tanıma texnologiyakarl tətbiq olunur. Bu texnologiyaların tətbiqi fərdi məlumatların müdafiəsinin genişləndirilməsi, eləcə də kart üzrə ödəniş limitinin artırılması kimi imkanlarıın tətbiqini tələb edir”.

V.Qasımlı vurğulayıb ki, xidmətlərin rəqəmsallaşması üzrə dövlət proqramımın icrası 2020-ci ildə başa çatıb:


“Ağıllı nəqliyyat” layihələrini əhatə edən 2020-2025-ci illər üzrə yeni proqram təsdiq olunub. Bu cür layihələri reallaşdırılması sərnişin axınının optimallaşdırılmasına, sərnişinlərin rahatlığının təmin olunmasına xidmət edəcək. Azərbaycan vətəndaşlarının 57 faizi ictimai nəqliyyat sahəsində rəqəmsallaşmanı dəstəkləyir. Dünyada bu göstərici 27 faiz təşkil edir”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: