Azərbaycanda uzun düyünün qiymətlərində bahalaşması ilə bağlı məlumatlar yayılıb.
AzerTimes hazırda mağazalarda olan qiymətlərlə bağlı araşdırma aparıb.
Məlum olub ki, əksər düyülərin qiyməti 1 ay əvvəl olduğu kimi qalsa da, onlar arasında qiyməti qalxanlar da var. Belə ki, əvvəllər 4.87-ə təqdim olunan 1 kiloqramlıq “Sultan” hazırda 5.49-a, 4.35-ə olan “Besta” isə 4.39-a satılır.
Hazırda mağazalarda “Mümtaz” və “Xan” adlı Pakistan brendlərindən olan düyüləri də tapmaq mümkündür. Belə ki, “Mümtaz” 1 kq-lıq – 6.69, 1.7 kq-lıq (plastik qabda) 12.79, 2 kq-lıq (kisədə) 13.69, “Xan” 2 kq-lıq (kisədə) 13.59 manata təqdim olunur.