Azərbaycanda dünyanın aparıcı şirkətləri “ağıllı şəhər və kənd” konsepsiyalarını hazırlayır – Müşavir

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Azərbaycanda hazırda “ağıllı şəhər” konsepsiyalarının
hazırlanması üzərində dünyanın aparıcı texnologiya şirkətləri
işləyir.

Bunu Trend
rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov
deyib.

Onun sözlərinə görə, nazirlikdə hesab edirlər ki, “ağıllı şəhər”
və “ağıllı kənd” layihələrinin reallaşdırılması üçün onların
konsepsiyasını hazırlamaq lazımdır.

“Burada əsas problem onların yaradılması üçün vahid standartın
olmamasıdır. Ona görə də nazirliyimiz digər dövlət strukturları ilə
birgə təqdim olunmuş konsepsiyaların razılaşdırılması üzərində
işləyir”, – deyə o bildirib.

Müşavir qeyd edib ki, konsepsiyalar bütün dövlət strukturları
tərəfindən razılaşdırıldıqdan sonra onların reallaşdırılmasına
başlamaq planlaşdırılır.


“Bu konsepsiyalarda ölkəmiz üçün üç əsas və prioritet element
əks olunmalıdır. Birincisi, “ağıllı şəhər” və “ağıllı kənd”
layihələrinin müəyyən texnologiyaların tətbiqi ilə
reallaşdırılmasının səmərəliliyidir. İkincisi, bu həllin
dayanıqlılığı, yəni dövlət subsidiyalarından və təşviqlərindən,
eləcə də maliyyləşdirmədən asılı olub-olmamasıdır. Üçüncüsü isə bu
həllin ölkədə digər innovasiya və texnologiyaların inkişafına
xidmət edib -etməyəcəyidr”, – R.Bayramov deyib.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)