Azərbaycanda dövlət strukturlarının informasiya sistemləri “Hökumət buludu”nda yerləşdirilib

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Azərbaycanın 25 dövlət strukturunun informasiya sistemləri və resursları artıq “Hökumət buludu”nda yerləşdirilib.

Bunu AzerTimes-a nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, bulud texnologiyaları rəqəmsal inkişafda vacib rol oynayır:

“Azərbaycan Prezidentinin 2019-cu il 3 iyun tarixli fərmanı ilə Azərbaycanda “Hökumət buludu” yaradılıb və eyniadlı konsepsiya təsdiq edilib. Bu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Data mərkəzinin infrastrukturunun bazasında yaradılıb. Eyni zamanda Nazirlər Kabinetinin qərarı ilə “Dövlət informasiya sistemləri və resurslarının “Hökumət buludu”na keçidi planı” təsdiq edilib”.


R.Bayramov bildirib ki, plana uyğun olaraq artıq dövlət orqanlarının informasiya sistemlərinin “Hökumət buludu”na keçidi başlayıb.

(Tərcümə: Orxan Nəbiyev)