Samux rayonunda Eldar Şamı Dövlət Təbiət Qoruğunun ərazisində
təqribən 3 ha sahədə quru ot, kol-kos və ağaclar yanıb.
Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyindən məlumat
verilib.
Qoruğun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın
yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.