Azərbaycanda doğulan erməni nazir axtarışa verdi

Azərbaycanda doğulan erməni nazir axtarışa verdi

Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasında Ukraynanın sabiq daxili işlər naziri Arsen Avakovun axtarışı elan olunub.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilir ki, elanda onun 2 yanvar 1964-cü ildə Bakıda anadan olduğu və milliyyəti haqqında məlumatlar var.

Onun Rusiya Cinayət Məcəlləsinin hansı maddəsi ilə axtarışa verildiyi açıqlanmayıb.

Xatırladaq ki, Avakov 7 il (2014-2021) Ukrayna Daxili İşlər Nazirliyinə rəhbərlik edib.

Teqlər: