Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycanda dəmir yolu nəqliyyatından istifadə edənlərin sayı artıb.
AzerTimes-ın məlumatına görə, dəmir yolu nəqliyyatı ilə 2021-ci ilin yanvar-noyabr aylarında 13,5 milyon ton yük, 2 milyon 445,8 min sərnişin daşınıb.
2020-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 1,9 faiz, sərnişin daşınmasında isə 23,0 faiz artım müşahidə olunub.