Xəbər - Sədrəddin Ağcayev – Trend:
2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanda dəmir yolu ilə yükdaşımaların həcmi 9,6 milyon ton təşkil edib.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.
Hesabata əsasən, dəmir yolu ilə yükdaşımaları ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz və ya 48 min ton artıb.
Ölkədə hesabat dövründə bütün yükdaşımaların 7,8 faizi dəmir yolunun payına düşüb.
Eyni zamanda, 2021-ci ilin yanvar-avqust aylarında sərnişindaşımaları ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz azalaraq 1,533 milyon nəfər təşkil edib.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)