Xəbər - Sədrəddin Ağcayev – Trend:
2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda dəmiryol nəqliyyatı ilə yükdaşımaları ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz azalaraq 10,97 milyon ton təşkil edib.
Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildiriblər.
Qeyd olunub ki, beynəlxalq yükdaşımaları 5,438 milyon ton təşkil edib və ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalıb. Tranzit yükdaşımaları 3,448 milyon tona bərabər olub və 15,4 faiz artıb.
Hesabat dövründə daxili yükdaşımalar 0,95 faiz azalaraq 2,084 milyon ton təşkil edib.
2021-ci ilin yanvar-sentyabr aylarında Bakı-Tbilisi-Qars dəmir yolu ilə konteyner daşımaları 2020-ci ilin eyni dövrü ilə müqayisədə 84 faiz artıb. Hesabat dövründə 17 635 konteyner daşınıb ki, bu da ötən ilki göstərici ilə müqayisədə 9 598 konteyner çoxdur.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)