Xəbər - Samir Əli – Trend:
İçməli su ilə bağlı demək olar ki, Azərbaycanda Kürə yaxın iki rayon, Salyan və Neftçalada Kürün duzlaşması ilə bağlı problemləri nəzərə almasaq, elə bir ciddi problemlər yoxdur.
Bunu AzerTimes-a açıqlamasında Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
V.Kərimov bildirib ki, son dövrdə yaranan problemlər əsasən suvarma suyu ilə bağlıdır: “Bu da həm ehtiyatlarımızın azalması, həm də suya tələbatın artması ilə bağlıdır. Suya qənaət edən texnologiyaların tətbiqi, su ehtiyatlarının artırılması istiqamətində görülən işlər, yeraltı su ehtiyatlarından istifadənin genişləndirilməsi, məişət-çirkab və istehsalat sularının təkrar emalı və istifadəyə verilməsi, dəniz suyunun duzsuzlaşdırılması ilə bağlı planlaşdırılan və həyata keçirilən layihələr gələcəkdə yarana biləcək su qıtlığının qarşısının alınmasına xidmət edir”.
Nazir müavinin sözlərinə görə, sadalanan layihələrin bir çoxunun həyata keçirilməsi ilə bağlı real addımlar atılmaqdadır.