Xəbər - Ləman Zeynalova – Trend:
2020-ildə Azərbaycanda daxili qaz istehlakı 2019-cu illə müqayisədə 6,27 faiz artaraq 12,53 milyard kubmetr təşkil edib.
Trend bu barədə Qaz İxrac Edən Ölkələrin Forumunun (GECF) illik statistik bülleteninə istinadən məlumat verir.
Bülletendə qeyd olunur ki, Azərbaycanda daxili qaz istehlakı 2011-ci ildə 8,99 milyard kubmetr, 2012-ci ildə 9,34 milyard kubmetr, 2013-cü ildə 9,43 milyard kubmetr, 2014-cü ildə 10,05 milyard kubmetr, 2015-ci ildə 11,12 milyard kubmetr, 2016-cı ildə 10,85 milyard kubmetr, 2017-ci ildə 10,5 milyard kubmetr, 2018-ci ildə 10,79 milyard kubmetr, 2019-cu ildə isə 11,79 milyard kubmetr təşkil edib.
Qeyd edək ki, Azərbaycanda 2020-ci ildə təsdiq olunmuş təbii qaz ehtiyatları 1,917 trilyon kubmetr, ümumi qaz hasilatı isə 35,34 milyard kubmetrə bərabər olub.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)