Azərbaycanda daha bir şirkət ləğv olunur

Azərbaycanda daha bir şirkət ləğv olunur

Çörək Nəqliyyat Açıq Tipli Səhmdar Cəmiyyəti ləğv edilir.

AzerTimes İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla əlaqədar gələn ilin yanvarın 30-da cəmiyyətin növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Yığıncaqda şirkətin ləğvi ilə bağlı qərar veriləcək.

Eyni zamanda, cəmiyyətin səhmlərinin ləğv edilərək dövriyyədən çıxarılması və bununla əlaqədar bütün digər məsələlərin həlli barədə qərar qəbul ediləcək.

Qeyd edək ki, cəmiyyətin səhmdarları bundan əvvəllər də şirkətin ləğv olunması ilə əlaqədar ümumi yığıncağa dəvət olunub. Amma buna baxmayaraq hər dəfə yığıncaq müəyyən səbəblərə görə təxirə düşüb.

Teqlər: