Azərbaycanda daha bir məktəbli qızılcadan öldü

Azərbaycanda daha bir məktəbli qızılcadan öldü

Neftçala rayonunun Aşağı Surra kəndində 10 yaşlı məktəbli qızılcadan ölüb.

AzerTimes Report-a istinadən xəbər verir ki, kənd sakini – 2013-cü il təvəllüdlü Samirə Elxan qızı Əliyeva xəstəxanaya çatdırılsa da, həkiməqədər ölüm halı qeydə alınıb.

Yaxınlarının bildirdiyinə görə, o, bir həftə əvvəl qızılcaya yoluxub. Ailəsi onu ev şəraitində müalicə etməyə çalışıb. Lakin getdikcə vəziyyəti daha da ağırlaşıb. S.Əliyeva xəstəxanaya aparılan zaman yolda vəfat edib.

Onun qardaşı da bir müddət əvvəl qızılcaya yoluxub və sağalıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: