Azərbaycanda daha 78 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 78 yeni
yoluxma faktı qeydə alınıb, 215 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən
məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat
edib.

İndiyədək ölkədə ümumilikdə 791 482 nəfərin koronavirus
infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 780 986
nəfər müalicə olunaraq sağalıb 9 656 nəfər vəfat edib, aktiv xəstə
sayı 840 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi
ilə əlaqəda 3 956, ötən müddət ərzində isə ümumilikdə 6 666 040
test aparılıb.

Teqlər: