Azərbaycanda daha 50 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 50 yeni
yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən
məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat
edib.

Azərbaycanda indiyədək ümumilikdə 791 654 nəfər koronavirus
infeksiyasına yoluxub. Onlardan 781 528 nəfər müalicə olunaraq
sağalıb, 9 675 nəfər vəfat edib, aktiv xəstə sayı 451 nəfərdir.

Ölkədə son sutka ərzində 2 499, hazırkı dövrədək isə 6 679 287
test aparılıb.

Teqlər: