2021-ci ildə Azərbaycanda istismar müddətini başa vurmuş 5 ədəd
metro vaqonu istismardan çıxarılıb.
AzerTimes-ın
məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə
fəaliyyəti haqqında icmal hesabatda deyilir.
Hesabatda qeyd edilir ki, ötən il 20 ədəd müasir metro vaqonu
alınıb və ilin sonuna metro vaqonlarının inventar parkı 319 ədəd
təşkil edib.
Hesabatda, həmçinin, ötən il metroda sərnişin dövriyyəsinin
əvvəlki ilə nisbətən 20,8% faiz artdığı qeyd edilib.