Azərbaycanda daha 3 nəfər COVID-19-a yoluxub, ölən olmayıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına
3 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq
sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən məlumata
görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış
şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 588 nəfərin koronavirus
infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 818
nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə
sayı 61 nəfərdir.

Ölkədə son sutka ərzində 2 351, hazırkı dövrədək isə 6 823 023
test aparılıb.

Teqlər: