Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına
21 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq
sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata
görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış
şəxslər arasında vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 792 237 nəfərin koronavirus
infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 332
nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib, aktiv xəstə
sayı 202 nəfərdir.
Ölkədə son sutka ərzində 4 453 hazırkı dövrədək isə 6 743 461
test aparılıb.