Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1187 yeni yoluxma faktı qeydə alınıb, 306 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 245 490 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 232 534 nəfər müalicə olunaraq sağalıb, 3 339 nəfər vəfat edib, aktiv xəstə sayı 9 617 nəfərdir.
Ölkədə son sutka ərzində 11 692 , hazırkı dövrədək isə 2 768 149 test aparılıb.