Azərbaycanda cüdo idman növünün güclü maddi-texniki bazası formalaşıb – Rəşad Nəbiyev

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda cüdo idman növü inkişaf edib.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Cüdo Federasiyasının yeni prezidenti Rəşad Nəbiyev deyib.

O bildirib ki, Azərbaycanda cüdo idman növünün güclü maddi-texniki bazası formalaşıb: “Bizim də məqsədimiz bu baza əsasında cüdonu inkişaf etdirməkdir”.


R.Nəbiyev qeyd edib ki, Azərbaycan cüdoçuları indiyə qədər beynəlxalq yarışlarda böyük uğurlar əldə edib: “Bizim məqsədimiz bu uğurları qoruyub saxlamaq və daha böyük uğurlar əldə etməkdir. Hesab edirəm ki, qarşıda duran hədəflərin öhdəsindən layiqincə gələ biləcəyik”.

Teqlər: