Azərbaycanda COVİD pasportu tətbiq olunacaq.
AzerTimes-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
Prezidentin köməkçisi bildirib ki, bu, iki sertifikatdan ibarət sənəddir: “Birinci sertifikat peyvəndləşmə sertifikatıdır. Həmin sertifikata bütün vətəndaşların “e-təbib”portalı ilə çıxışı var. İkinci sertifikat isə immunitet sertifikatıdır. Bu, xəstələnib sağalanlara tətbiq olunur. Ona görə ki, həmin şəxslərə müəyyən müddət peyvənd vurulmur. Beləliklə hər iki sertifikat COVİD pasportu adlanacaq. Bunların birinə malik olanlar idman sağlamlıq obyektlərinin xidmətindən istifadə edə biləcəklər. Digər şəxslər o xidmətlərdən istifadə edə biləcəklər. Gələcəkdə COVİD pasportu olan şəxslərin digər xidmətlərə çıxışına da icazə veriləcək. Burada söhbət toylar, konsert, teatr və şənlikləridən gedir”.