Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Abşeronun rayonunun Aşağı Güzdək avtomobil yolunun yenidən qurulmasını başa çatdırıb.
Agentlikdən AzerTimes-a verilən məlumata görə, yenidənqurma işləri çərçivəsində örtük sökülüb, torpaq yatağının yararsız hissələri qazılaraq çıxarılıb. Yeni torpaq yatağının və yol əsasının inşası aparılıb, zəruri yerlərdə 3000 p/m piyada səkiləri inşa edilib.
Yolboyu iki qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi, kommunikasiya xətlərinə aid quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunub.
Sonuncu mərhələdə yolboyu zəruri yerlərdə yol nişanları quraşdırılıb, yolun üfüqi nişanlanma xətləri çəkilib.