Bir neçə gündür ki, davam edən güclü yağış və doluya görə Naxçıvan Dövlət Universitetini su basıb.
AzerTimes xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər yayılıb.
Görüntülərdən aydın olur ki, auditoriyaya, dəhlizə su dolub tavan isə damır.
Məsələ ilə bağlı Naxçıvan Dövlət Universitetindən münasibət öyrənmək cəhdlərimiz nəticəsiz qalıb.
Görüntüləri təqdim edirik: