Ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi
karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti
mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ
Qərargahın son qərarlarını nəzərə alaraq ümumi məsləhətləşmələrdən
sonra 30 mart 1 aprel-də keçiriləcək.
Bunu Trend-ə
PFL-in Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov deyib.
O bildirib ki, Azərbaycan I Divizionunun və 2-3 aprel
tarixlərində baş tutacaq Azərbaycan Premyer Liqasının 21-ci turunun
oyunlarından etibarən stadionlarda azarkeş tutumunun 100% olmasına
icazə veriləcək:
“Eyni zamanda, jurnalistlərin fəaliyyətinin yaxşılaşdırılması
ilə əlaqədar olaraq miks zonaların təşkili (qapalı məkanda
olacaqsa, qoruyucu maskalardan istifadə olunmaq şərti ilə) bərpa
olunacaq.”- E.Abbasov deyib.