Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycanda doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən möhlət veriləcək.
AzerTimes-ın məlumatına görə, bununla bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik təklif edilir.
Milli Məclisin yaz sessiyası zamanı müzakirəyə çıxarılması nəzərdə tutulan dəyişikliyə əsasən, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən 3 ay möhlət veriləcək.